Logo

MSK saat 10:00-a olan nəticələri açıqladı


Mərkəzi Seçki Komissiyasının "Seçkilər" Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi saat 10:00-a qədər prezident seçkilərində seçici fəallığını açıqlayıb.

Topxeber.Az xəbər verir ki, saat 10:00-dək olan nəticələrə əsasən seçici fəallığı 17.71 faiz təşkil edir. 

Sözügedən vaxta qədər 125 seçki dairəsi, 5641 seçki məntəqəsi üzrə olan 5 314 365 seçicidən 994 196 seçici səsvermədə iştirak edib.