Logo

Avronun məzənnəsi 80 rublu keçdi


Moskva birjasında dolların rubla nisbətdə məzənnəsi 64 rubl həddini keçib.

Topxeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dolların məzənnəsi 64,76 rubl təşkil edib. Bu, 2016-cı il dekabrın 5-dən bəri ilk dəfə baş verir.

Avronun rubla nisbətdə məzənnəsi isə 80,14 rubla çatıb.  2016-cı ilin martından bəri ilk dəfə avronun məzənnəsi 80 rublu ötür.

Məftun Salmanov