Logo

Rusiya Suriya sahillərində hərbi təlimlər keçirəcək


Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri aprelin 11-dən başlayaraq Suriya sahilləri yaxınlığında təlimlər keçəcəklər.

Topxeber.Az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, təlimlərin keçiriləcəyi ərazi Aralıq dənizinin beynəlxalq sularında yerləşir və Suriyanın dəniz sərhədi ilə birləşir.

Bu səbəbdən Suriyanın dəniz sərhədi aprelin 11-12-də, 17-19-da və 25-26-da bağlanacaq. Hazırda Rusiya Hərbi Dəniz Donanmasının Aralıq dənizindəki daimi operativ birləşmələrinin tərkibində təqribən 15 hərbi gəmi var.

Məftun Salmanov