Logo

Soyuna-soyuna əməkdar artist olan Röya – Keçmişdən bu günə – FOTOLAR, VİDEO 18 +


 Hazırda məşhur olanların keçmişi barədə məlumatlar bir çoxlarını maraqlandırır.

Xüsusilə şou-biznes sahəsində fəaliyyət göstərənlərin əvvəlki illərə aid görüntüləri ictimaiyyətin diqqətini çəkir. Sosial şəbəkələrdə və ya mediada onlar barədə foto, həmçinin video yer alarkən müzakirələ səbəb olur. Qaldı ki, şou-biznes nümayəndələrinin keşməkeşli yolu haqqında yazıya olan marağa…

Topxeber.az minval.info-ya istinadən bildirir ki, keçmişi çoxlarına maraqlı olan məşhurlardan biri də az qala toxunulmaz statusu alan müğənni Röya Ayxandır. Röya şou-biznesin elə bir nümayəndəsidir ki, onun barədə kitab yazmaq olar. Amma… Məsələ burasındadır ki, onun keçmişi barədə yazılan kitabda hansı sözlər ardıcıl düzüləcək?

Əvvəlcə kiçik bənzətmə ilə Röyanın ilk səhnəyə gəlişini xatırlayaq. Əcaba, bu gün mənasız açıqlamaları, soyunmağı, ekzotik söyüşləri ilə gündəmdə qəhrəmancasına qalmağı bacaran Naz Mila əməkdar artistin keçmişini  yada salırmı? Yox desək haqsızlıq olar. İndi təsəvvür edin, Naz Mila gəlib əməkdar artist olur. Olsa təəccüblənmək də düz olmaz. Oxuya bilməsə də, texnologiyadan istifadə edib bir-iki mahnı ifa etsə, rahatlıqla o “müqəddəs” titula sahib çıxar.

Texnologiyada söz düşmüşkən, Röya çətin zəmanədə özünü hələ blutuz vasitəsilə mobil telefonlarda yayılan məşhur “Kənan, atova de, şap-şap-şap” videosu ilə məşhur etmişdi. Bunun özü də böyük ideya, qabiliyyət, bacarıq, düşüncə və s. tələb edir.

Hə, bizim Röyamız belə maraqlı yol keçib, indi kimin hünəri çatır ona söz desin.

Bu yaxınlarda əməkdar artistin “Maşın şou”ya qonaq kimi qatılarkən işlətdiyi sözlər və özünəməxsus hərəkətini əks etdirən görüntülər yayıldı. Videoda “Uzanım altına?” söyləməsi, “soyunum?” deyib paltarını qaldırması yer alıb.

Belə çıxışları, hərəkətləri, rəftarları ilə insanların ürəyinə “yol tapan” Röya “toxunulmaz” vaxtlarına gəlib çatıb. Müğənni hətta nüfuzundan istifadə edib jurnalistlərdən birini əməlli-başlı təhqir və təhdid etdi. Axı, jurnalist kimdir ki, o boyda Röyaya söz desin. Bir zaman çılpaq şəkilləri ilə məşhurlaşan əməkdar artist hətta bu fotolarının yayılmasına qadağa qoydu. Bununla yanaşı, müğənni telekanalların birində internetdə yayılan şəkillərini aradan qaldırmaq üçün bütün qüvvəsini sərf edəcəyini dedi.

Röya Ayxan bu qalmaqallı vəziyyətlərdən baş açıb ailə qurmağa da vaxt tapdı. O, bir vaxtlar böyük mağazalar şəbəkəsi olan “Çudo Peçka”nın rəhbərinin oğlu Anar Cəlilovla nikaha girdi. Görünür, müğənni onun müflis olacağından xəbər tutub. Elə Anarın əlindən milyonların çıxmasına az qalan ərəfədə onunla boşandı. Məlumata görə, Röyanın qaynatası ona bağışladığı evi olanlardan sonra geri alıb.

Müğənni barəsində xırda nüansı da diqqətinizə çatdırmaq istərdik. Belə ki, bir neçə il öncə yeni il bayramı ərəfəsində “Space TV”nin efirində yayımlanan “Qış nağılı” tamaşasında hamamda epizodik kisəçi rolunu ifa etdiyini yəqin ki, xatırlayanlar olar. Lakin +18 şəkillərinin və videolarının əksəriyyətini internetdən yox elətdirdiyi kimi, bu görüntüləri də tapmaq mümkün olmadı.

Əməkdar artistin necə məşhurlaşmağı, məşhurlaşandan sonra qarşısındakını necə əzməyi barədə kiçik məlumatlarla sizi tanış etdik. “Ağac bar verdikcə, başını aşağı əyər” atalar sözü onun heç kitabından yanından keçmir. Əşşi, ağac normal qanunauyğunluqla bar verib ki, başını da aşağı əysin?!…

Hə, bir də biz çox unutqan millətik. Vaxtı ilə Röyanı etdiyi hərəkətlər görə söyənlər indi onu baş tacı edir, alqışlayırlar. Bu gedişlə, Naz Milanı da təhqir və tənqid edənlər göylərə qaldıracaqlar.