Logo

Türkiyəyə gələn əfqan miqrantlarının sayı 400 faiz artıb


2018-ci ilin I rübündə Türkiyəyə gələn əfqan miqrantlarının sayı 27 minə çatıb.

Topxeber.Az-ın Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 400 faiz çoxdur.

2017-ci ilin I rübündə Türkiyəyə qanunsuz yolla gələn əfqan miqrantlarının sayı 6 min nəfər təşkil edib. Əfqanıstan vətəndaşları Türkiyəyə yerləşmək üçün İranı tranzit ölkə kimi istifadə edirlər.

Məftun Salmanov