Logo

Şərqi Quta hökumət qoşunlarının tam nəzarətinə keçdi


Suriya ordusu Duma şəhərində nəzarəti tam ələ keçirib.

Topxeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Duma şəhəri “Ceyş əl-İslam” qruplaşmasının nəzarətində olub.

Bununla da hökumət qüvvələri hazırda bütün Şərqi Qutaya nəzarət edirlər. Ələ keçirilən şəhərə Rusiya hərbi polisin bölmələri yeridiləcək. Onlar asayişi qoruyacaqlar.

Məftun Salmanov