Logo

Bərdə rayonunda bazar yandı...İki kafe kül oldu


Bərdə rayonunda bazarda yanğın başlayıb. 

Topxeber.Az "Report"-a istinadən xəbər verir ki, yanğın rayonun Alpout kəndi ərazisndə yerləşən "mal bazarında" kafelərdən birində başlayıb. Qısa müddətdə genişlənən yanğın yaxınlıqda yerləşən digər kafeyə keçib. Nəticədə iki kafe tamamilə yanaraq yararsız hala düşüb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub, yanğın söndürülüb.

Yanğının baş vermə səbəbi və sahibkarlara dəyən ziyan araşdırılır.