Logo

Bakıda azyaşlı velosipedlə gölə düşdü


Bu gün səhər saatlarında Dədə Qorqud parkında yerləşən süni gölə uşaq düşüb.

Topxeber.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya hadisə şahidləri məlumat verib. Onların sözlərinə görə, 4-5 yaşlarında uşaq velosipedlə gəzərkən müvazinətini itirərək gölə yıxılıb.

Bu zaman yaxınlıqdan keçən gənc oğlan gölə tullanaraq uşağı xilas edib. Daha sonra balaca valideynlərinə təhvil verilib.

Qeyd edək ki, uşağın hazırda vəziyyəti yaxşıdır.