Logo

Bakının bir hissəsi susuz qalacaq


Bu gün Bakının üç rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Topxeber.az  “Azərsu” ASC-ə istinadən xəbər verir ki, magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar bu gün 22:00-dan başlayaraq 12 saat müddətinə Yasamal, Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilişi dayandırılacaq.