Logo

"Facebook" Kadırovun səhifələrini bağlamasının səbəbini açıqladı


"Facebook" şirkəti Çeçenistan rəhbəri Ramzan Kadırovun akkauntlarının bağlanması ilə bağlı Rusiyanın sorğusuna cavab verib.

Topxeber.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Roskomnadzorun rəhbəri Aleksandr Jarov bildirib.

Onun sözlərinə görə, "Facebook" bu addımı Kadırovun adının ABŞ-ın sanksiya tətbiq olunacaq şəxslər siyahısına düşməsi ilə əsaslandırıb.

"Sanksiya siyahısına düşənlərdən niyə məhz Kadırovun səhifələri bloklanıb sualımıza isə cavab ala bilməmişik", - deyə A. Jarov qeyd edib.

Qeyd edək ki, R. Kadırovun həm "Facebook", həm də "Instagram"dakı səhifələri bloklanıb.