Logo

Niyə bədbin mahnılara qulaq asırıq?- Psixoloq RƏYİ


“İnsanların bir qismində eyni qəmli musiqilərə dəfələrlə qulaq asmaq var. Bu da onların ruh halı ilə bağlıdır. Bütün insanlar, canlılar ölümə məhkumdurlar”- bunu Topxeber.Az saytına psixoloq Elnur Rüstəmov gənclərin daha çox kədərli musiqilərə qulaq asmağının səbəbini açıqlayarkən deyib. Onun sözlərinə görə, insanlar zaman-zaman özlərini ölümə hazırlayırlar.

“İnsan ailə qurur, uşaq dünyaya gətirir. Məqsəd də odur ki, ömrü uzatsınlar, övladlarının düşüncələriylə yaşasınlar. Baba nəvəsini çox istəyir, fikirləşir ki, nəvənin düşüncəsi ilə yaşayacaq. İnsan ölmək istəmir, yaşamaq istəyir.  Ancaq bilir ki, bu qaçılmazdır. Bununla bərabər insan vaxt keçdikcə müxtəlif yollarla özünü ölümsüzləşdirmək istəyir. Yaradıclıq, ölümlə, kədərlə, nisgillə bağlı mahnılar da şüuraltı olaraq insanın özünü ölümə hazırlamağına hesablanıb. O mahnılarda adam daha rahatlıq tapır. Şən mahnılarda bilirsən ki, müvəqqəti olaraq, əhvalın düzəlir. Ancaq ölüm belədir ki, bütün varlığını bürüyür”,-deyə E. Rüstəmov əlavə edib.

Psixoloq qeyd edib ki, gənclərin sadəcə olaraq, bədbin mahnılara qulaq asmağı normal hesab olunur: “Əgər insan 24 saat bu cür mahnılara qulaq assaydı, həyatını sonlandırmaq üçün onun üzərindən addımlar atsaydı o patalogiya olardı. Sonra da 3 şən mannıya qulaq asacaq, tamamilə əksini fikirləşəcək”. 

 Nihadə Eyyubova