Logo

Putin Qərbi növbəti dəfə QORXUTDU: “10 il sonra…”


Rusiya yeni superağır çəkili raketin birinci sınağının 10 il sonra keçirilməsi planlaşdırılır.
Topxeber.Az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Rusiya prezidenti Vladimir Putin “Kosmos” pavilyonunda bildirib.
O həmçinin Şərqi kosmodromunda sınaqlar üçün xüsusi start kompleksinin yaradılmasına ehtiyac olduğunu deyib.
Xatırladaq ki, Rusiya lideri martın 1-də Federasiya Şurasına illik müraciətində Rusiya silahlarının ən yeni nümunələrini nümayiş etdirmişdi. O vurğulamışdı ki, təqdim edilmiş silahlar dünyada analoqlara malik deyil və “istənilən təcavüzkarı ayıltmağa” hazırdır.