Logo

“Real” hakimi pulla ələ alıb? - FOTO


Çempionlar Liqasının 1/4 finalında "Real"la "Yuventus" arasında keçirilən cavab qarşılaşmasının sonunda böyük gərginlik yaşanıb.

Topxeber.Az komanda.az-a istinadən xəbər verir ki, hakimin oyuna əlavə edilmiş dəqiqələrdə "Yuventus"un qapısına penalti təyin etməsi futbolçular arasında da insidentə səbəb olub. "Yuventus"un müdafiəçisi Corco Kyellini isə "Real"ın futbolçularına göstərdiyi jestlə gündəmə gəlib.

O, etdiyi jestlə "Real"ın hakimi pulla ələ aldığına işarə edib.

Qeyd edək ki, hakim penalti təyin edənə qədər "Yuventus" hesabda 3:0 öndə olub. Kriştianu Ronaldu penaltini reallaşdırmaqla "Real"ın yarımfinala vəsiqə qazanmasını təmin edib.