Logo

Ərdoğan: Video görüntüləri Putinə göndərdim


“Suriyanın Şərqi Quta və Duma bölgələrində baş vermiş hadisələrin video görüntülərini Rusiya Prezidenti Vladimir Putinə göndərdim”.

TopXeber.Az-ın NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, həmin video görüntülər V. Putinin Suriya üzrə xüsusi nümayəndəsinə də təqdim edilib.

R. T. Ərdoğan bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp və V. Putinlə baş tutan telefon söhbətlərində regionda gərginliyi azaltma, yaşanan faciəyə son qoyulması barədə tələblərinin olduğunu qeyd edib.

Məftun Salmanov