Logo

Ağstafa sakini tanımadığı şəxs tərəfindən döyülüb


Ağstafa sakini tanımadığı şəxs tərəfindən döyülüb.

TopXeber.Az APA-ya istinadən bildirir ki, rayonun Köçəsgər kənd sakini, 1972-ci il təvəllüdlü Sadıqov Kamal Sadıq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Sərxoş vəziyyətdə xəsarət alan K. Sadıqov kim tərəfindən döyüldüyünü bilmir. 

Faktla bağlı araşdırma aparılır.