Logo

Berlin “Şimal axını-2”yə ultimatum verir


Berlində “Şimal axını-2” layihəsinə münasibət kəskin dəyişib.

TopXeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkelin Ukrayna Prezidenti Petro Poroşenko ilə keçirdiyi birgə mətbuat konfransı təsdiqləyir.

Gözə çarpan məsələ budur: Angela Merkel indiyə qədər Rusiya “Qazprom”unun Baltikdə Rusiya ilə Almaniya arasında böyük qaz kəməri çəkmək planını dəstəkləyən alman firmalarının terminologiyasını işlədirdi və bunu hər dəfə təmiz iqtisadi layihə adlandırırdı. Kansler bu il fevralın 16-da Berlində Polşanın Baş naziri Mateuş Moravetski ilə görüşündə həmin layihənin Avropanın qaz təchizatının şaxələndirilməsini təhlükə altına qoymadığını vurğulamışdı. Lakin heç iki ay keçmədi ki, həmin Angela Merkel “Şimal axını-2” layihəsinin digər qatı əleyhdarı ilə danışaraq “bu layihə ilə bağlı “siyasi faktorları” öyrənmək lazımdır” bəyanatını verir.

AFR kansleri deyir ki, “belə olmamalıdır, “Şimal axını-2” üzündən Ukrayna qaz tranziti baxımından heç bir əhəmiyyət kəsb etməyəcək”. Almaniya lideri daha çox ultimatuma bənzəyən fikir işlədir, bunu kimin ünvanına səsləndirdiyini açıq deməsə də, “Qazprom” olması aydındır: “Mən aydın dedim ki, Ukrayna tranzitinin gələcək rolu bizə aydın olmayınca, bizim nöqteyi-nəzərimizdən, bu layihə mümkün olmayacaq”.

Görünür, “Qazprom” da daxil olmaqla heç kimdə bu barədə aydın fikir olmadığı üçün kanslerin söylədiyini belə izah etmək olar: Berlin bu layihəyə siyasi razılığından müvəqqəti əl çəkir. İstənilən halda, Almaniya İqtisadiyyatının Şərq Komitəsində Angela Merkelin sözləri belə başa düşülüb. Mətbuat konfransının üstündən heç iki saat keçməmiş komitə küləyin haradan əsdiyini anlayıb və bəyanat verib. Bəyanatda xəbərdarlıq edilir ki, qanunverici əsasın siyasi səbəblərə görə köhnə tarixlə dəyişdirilməsi, Aİ-də hüququ zəmanətə etimadı sarsıda bilər.

Başqa sözlə, Rusiya ilə işləyən alman biznesinin maraqlarının baş lobbiçisi ehtiyatlanır ki, Berlin indi Avropa Şurasında müxtəlif qanunverici təşəbbüslərin köməyilə “Şimal axını-2” layihəsinin reallaşdırılmasının qarşısını almaq istəyənlərə güzəştə gedə bilər.