Logo

BMT-nin Şimali Koreyaya humanitar yardım üçün 111 milyon dollara ehtiyacı var


BMT-nin bu il Koreya Xalq Demokratik Respublikasına humanitar yardımlar üçün 111 milyon ABŞ dollarına ehtiyacı var.

TopXeber.Az AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Dünya Ərzaq Proqramı daxil olmaqla Şimali Koreyada fəaliyyət göstərən BMT qurumları bu il ölkədə ərzaq çatışmazlığından əziyyət çəkən 13 milyon nəfərə yardım göstərməyi planlaşdırır. Ümumi yardım məbləğinin 38,5 milyon dollarının qida, 37 milyonunun səhiyyə proqramlarına, 26 milyonunun ərzaq təhlükəsizliyi və 9,5 milyonunun su layihələrinə xərclənməsi nəzərdə tutulub.

Bildirilir ki, BMT ötən il Şimali Koreyada nəzərdə tutulan humanitar yardım proqramlarının maliyyələşməsi üçün lazım olan 114 milyon dollar vəsaitin cəmi 30 faizini cəlb edə bilib. Buna səbəb kimi KXDR-ə tətbiq olunan sanksiyalar göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır