Logo

BMT Təhlükəsizlik Şurası Suriyada vəziyyəti müzakirə edəcək


BMT Təhlükəsizlik Şurası aprelin 13-də keçiriləcək açıq iclasında Suriyada vəziyyəti müzakirə edəcək.

TopXeber.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb.

Qeyd edək ki, daha öncə Rusiya bu cür iclasın keçirilməsi ilə bağlı sorğu ilə müraciət edib.

Xatırladaq ki, aprelin 12-də Boliviyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası Suriya məsələsinə dair qapalı iclas keçirib.