Logo

Cazibədar model gözəllik uğrunda gözlərini itirdi - FOTOLAR


Argentinalı model gözlərinin rəngini dəyişdirmək üçün əməliyyat keçirib.

TopXeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı model Nadinne Bruna ala gözlərini açıq-yaşıl etmək qərarına gəlib. Bunun üçün çox riskli bir estetik əməliyyatı keçirən cazibədar model nəticədə istəyinə çatıb, amma artıq sağ gözü 80%, sol gözü isə 50% görmür.

Təxminən 3 min dollara başa gələn əməliyyatdan sonra gənc qadın gözünə vurulan silikonu daha bir əməliyyatla çıxarmağa məcbur olub. Lakin gözlərinin qişası əməliyyat zamanı böyük zərər gördüyü üçün yaranan fəsadlar ömürlük qalacaq.