Logo

MN: Ermənilərə məxsus yük avtomobilinin atəşə tutulması barədə məlumatlar yalandır


Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən TopXeber.Az-a bildirilib ki, “Ermənistan tərəfinin yaydığı məlumat yalandır”.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun ermənilərə məxsus yük avtomobilini atəşə tutması barədə məlumat yayıb.