Logo

Suriyada həlak olan iranlı əsgərlərin dəfn mərasimi keçirilib


ABŞ və İsrail hərbi təyyarələrinin Suriyanı bombardman etməsi nəticəsində həlak olmuş İran zabitlərinin dəfn mərasimi keçirilib.

TopXeber.Az AZƏRTAC xəbər verir ki, Suriyada müqəddəs ziyarətgahları müdafiə edən İran İslam İnqilabının Keşikçiləri Korpusunun həlak olmuş səkkiz zabitinin cəsədi Tehrana gətirilib. Zabitləri son mənzilə yola salmaq üçün Tehranın mərkəzi meydanına minlərlə adam toplaşmışdı.

Mərasimdə iştirak edən İran İslam İnqilabının Keşikçiləri Korpusunun yüksəkvəzifəli generalları bildiriblər ki, həlak olaraq şəhidlik zirvəsinə yüksələn yoldaşlarının qanı yerdə qalmayacaq.

Xatırladaq ki, aprelin 12-də ABŞ və İsrail hərbi təyyarələrinin Suriyanı bombardman etməsi nəticəsində səkkiz iranlı hərbçi həlak olub.