Logo

Türkiyədə İŞİD-in cəlladı həbs edilib


Türkiyədə İŞİD terror qruplaşmasının cəlladı olan Radi Hacı Osman həbs edilib.

TopXeber.Az AZƏRTAC İRNA agentliyinə istinadla bildirir ki, Türkiyə polis təşkilatının terrorçuluqla mübarizə şöbəsinin əməkdaşları Radi Hacı Osman ilə yanaşı, daha yeddi terrorçunu da Adana şəhərində gizləndikləri evdə həbs ediblər.

İRNA agentliyi yazır ki, əsir düşən və girov götürülən adamlara qarşı çıxarılan ölüm hökmünü Radi Hacı Osman icra edirdi. O insanların başlarını kəsir və ya onları diri-diri yandırırdı.

İlkin dindirmə zamanı cəllad günahlarını boynuna alıb və deyib ki, İŞİD dağıldıqdan sonra onun rəhbərləri bəzi böyük dövlətlərin yardımı ilə Suriya ərazisini tərk ediblər. O isə Rakka şəhərinə gələrək qaçqın adı altında Türkiyəyə daxil olub.