Logo

Trampın Suriyanı vurmamasının səbəbi - Gizli görüş keçirildi


ABŞ-ın müdafiə naziri Ceyms Mettis ölkə prezidenti Donald Trampı Suriyaya zərbə vurmaqla bağlı tələsik qərar verməməyə çağırıb. 

TopXeber.Az azvision.az-a istinadən xəbər verir ki, Ağ Evdə qapalı qapılar arxasında keçirilən görüş zamanı Mettis bəyan edib ki, Pentaqon ABŞ-ın Suriyaya vuracağı zərbələrin Rusiya, İran və Qərb arasında daha genişmiqyaslı münaqişəyə çevrilə biləcəyindən ehtiyatlanır.

Məlumatlara əsasən, iclas zamanı Mettis Trampa Dumaya mümkün kimyəvi silah hücumunda Suriya prezidenti Bəşər Əsədin günahkar olduğunu sübut etmək üçün daha əsaslı sübutları gözləməyə məsləhət görüb.

Pentaqon rəhbəri öz mövqeyini ortaya qoyduqdan bir neçə saat sonra Ağ Ev nümayəndəsi Sara Sanders bildirib ki, prezidentin təhlükəsizlik üzrə müşavirləri ilə görüş zamanı Suriyaya zərbə endirmək qərarı verilməyib.