Logo

Xaçmazda ambulans xəstə yox, taxta daşıyır - FOTO


Xaçmaz rayonunda təcili tibbi yardım maşını yük daşınmada istifadə olunur.

TopXeber.Az Yenicag.az-a istinadən xəbər verir ki, fotodan da göründüyü kimi 90-JM-902 dövlət nömrəli ambulansda  taxta daşınır.

Məsələni dəqiqləşdirmək üçün Təcili tibbi yardımla əlaqə salamağa çalışasaq da, sualımıza cavab tapmadıq.

Qarşı tərəfin fikrini yayımlamağa hazırıq.