Logo

2018-ci ilin "ƏN UCUZ 5 GÜNÜ"- “Bazarstore”dan YENİ KAMPANİYA


Supermarket şəbəkələrindən olan Bazarstore aprelin 18-də yeni kampaniyaya start verəcək. Mağaza satışına daxil olan yüzlərlə mala xüsusi endirimlər olacaq. Kampaniya aprelin 22-dək davam edəcək.

2011-ci ildə fəaliyyətə başlayan supermarket şəbəkələrindən olan "Bazarstore" qısa zaman ərzində Azərbaycanda modern pərakəndə sektorunun lideri olaraq, ən çox etibar olunan və bəyənilən supermarket adını qazanıb.

Bazarstore qida təhlükəsizliyi sistemini quraraq, keyfiyyətli, sərfəli və bol çeşidli qida və qeyri-qida məhsul çeşidləri ilə müştərilərinin ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaqdadır. İlk öncə işçilərinin etimadını qazanan şəbəkə Pərakəndə Akademiyasında onlara müntəzəm olaraq təlimlər verərək pərakəndə sektorunda yenilikçi liderliyini davam etdirməkdədir.

"Bazarstore" İSO 9001 (Keyfiyyət İdarəetmə Sistemi) və İSO 22000 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi) standartlarını tətbiq edir.

Mağaza əməliyyat müddətlərində, qida təhlükəsizliyinə təsir edən ciddi nəzarət nöqtələri gündəlik və həftəlik bazada yaradılan nəzarət formaları ilə izlənməkdədir. Məhsulların son istifadə tarixlərinə nəzarət, istilik, temperatur yoxlamaları, daimi izləməyə nəzarətlər isə sistemin izlənməsiylə bağlı qeyd edilən tətbiqlərdən sadəcə bir neçəsidir.

"Bazarstore" keyfiyyət və qida təhlükəsizliyi sistemlərinin bütün tələbləri barədə işçilərinə davamlı təlim verərək performans sisteminə və qaydalara daxil etmiş, sıx-sıx keyfiyyətə nəzarət qrupu tərəfindən nizamlı bir şəkildə nəzarət edilməkdədir.

"Bazarstore"-da ət, meyvə-tərəvəz və şirniyyat məhsulları keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən laboratoriyada analiz edilərək, sadəcə uyğun olan məhsullar satışa təqdim edilir. 

"Bazarstore" Mağazalar Şəbəkəsi müştəri tələbatını nəzərə alaraq Ramazan, Yeni il və Novruz bayramlarında gündəlik tələbat və konsepsiyaya uyğun məhsullardan ibarət paketlər hazırlayaraq xüsusui qiymətlə yardım və hədiyyə kimi istifadə olunması məqsədilə müştərilərinə təqdim edir. Fəaliyyətə başladığı gündən etibarən bu paketlərin satışı şəbəkənin bir ənənəsinə çevrilib.

TopXeber.Az