Logo

ABŞ-ın raket zərbələrindən sonra Əsəddən ilk açıqlama


ABŞ, Böyük Britaniya və Fransanın Suriya ərazisinə raket zərbələri Suriya xalqının terrorçuluqla mübarizəsində qətiyyətini gücləndirir.

TopXeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Suriya Prezidenti Bəşər Əsəd iranlı həmkarı Həsən Ruhani ilə apardığı telefon danışığında deyib.

Onun sözlərinə görə, Qərb nəzarəti itirdikdən sonra Suriyaya hücuma keçmək qərarını verib.  H. Ruhani isə öz növbəsində  B. Əsədin yanında olduğunu bildirib.

Məftun Salmanov