Logo

Bilirdiz? Bu ərzaqları soyuducuda saxlamaq olmaz


Bildiyimiz kimi, ərzaqların soyuducuda saxlanması vacibdir. Amma bəzi məhsullar var ki, onları soyuducuda saxlamaq qadağandır. 

TopXəbər.Az türk mətbuatına istinadən bildirir ki, həmin məhsullar bunlardır:

Pomidor- Soyuducuda qalan pomidorun dadında dəyişiklik olur. Pomidor tez yumşalır və bu səbəbdən tərkibində ziyanlı bakteriyalar yaranır.

Qəhvə- Nəmlənir, bərkiyir və bu zaman ləzzətini itirir.

Kartof-Dadı və toxuması dəyişir. Yavaş-yavaş xarab olmağa başlayır. Soyuducuda olduğundan  isə görünüşündə heç bir dəyişiklik olmur.

Çörək- Tez bərkiyir.

Soğan- Otaq temperaturunda saxlanılmalı və kartofdan uzaq tutulmalıdır.

Nihadə Eyyubova