Logo

BMT Təhlükəsizlik Şurası toplanır — Putinin tələbi ilə


Rusiya prezidenti Vladimir Putin BMT Təhlükəsizlik Şurasını təcili iclasa çağırıb.

TopXeber.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Rusiya iclasda ABŞ və onun müttəfiqlərinin aqressiv hərəkətlərini müzakirə edəcək.

ABŞ-ın Suriyadakı hücumunu şərh edən Putin deyib:

“1 il əvvəl ABŞ Suriyadakı “Şayrat” bazasına hücum etmişdi.

Buna səbəb kimi isə, mülki əhaliyə qarşı kimyəvi silahın istifadəsini göstərmişdi. Amma bizim tərəfimizdən yaradılan xüsusi qrup belə bir hal aşkar etməyib. ABŞ-ın hərəkətləri Suriyadakı humanitar faciəni daha da dərinləşdirir. Mülki əhaliyə işkəncə verir. Amma tarix hər şeyi öz yerinə qoyacaq”.