Logo

Ərəbistanda İNANILMAZ QƏRAR: qadınlar ilk dəfə BUNU ETDİ - FOTO


Səudiyyə Ərəbistanda "2030 təsviri" adlı iqtisadi islahat hədəfləri çərçivəsində qadınlar üçün ilk dəfə olaraq Ərəb Moda Həftəsinin keçirilməsinə icazə verilib.

TopXeber.Az Publika.az-a  istinadən xəbər verir ki, Ər-riyadda ilk dəfə start götürən və kameraların olmadığı Ərəb Moda Həftəsində yalnız qadınlar iştirak edib. Dörd gün davam edən moda həftəsində Jan Pol Höte və Roberto Kavalli kimi dünya şöhrətli dizaynerlərin iştirak etdiyi bildirilir.

Rits-Karlton Hoteldə təşkil olunan Moda Həftəsinə Səudiyyə Şahzadəsi Noura bin Faysal əl-Səudi ev sahibliyi edib. Şahzadə Noura tədbirlə bağlı verdiyi açıqlamada Səudiyyə Ərəbistanda qadınların dəbə böyük maraq göstərdiyini söyləyib. Onun sözlərinə görə, ölkəsində moda sənayesini yeni səviyyəyə qaldırmağa çalışırlar.

Səudiyyə Ərəbistanda Vəliəhd Şahzadə Məhəmməd Bin Salmanın keçirdiyi "2030 təsviri" adlı iqtisadi islahat hədəfləri çərçivəsində qadınların hüquqlarını da yaxşılaşdırmaq üçün addımlar atılır.

Məsələn, ərəb qadınları iyun ayından etibarən avtomobil istifadə etmə haqqına sahib olacaq. Vəliəhd Şahzadə həmçinin uzun çarşabın qadınların üçün məcburi olmağa də açıqlamışdı.