Logo

Misir ordusu Sinay yarımadasında 27 ekstremisti məhv edib


Misir ordusunun Sinay yarımadasının şimalında bir neçə ay apardığı “Sinay 2018” antiterror əməliyyatı nəticəsində son günlər ərzində 27 ekstremist məhv edilib, cinayətkarlıqda və terrorçularla əlaqələrdə şübhəli bilinən 114 nəfər saxlanılıb.

TopXeber.Az AZƏRTAC-a istinadən bildirir ki, əməliyyatlar nəticəsində ekstremistlərin istifadə etdikləri nəqliyyat vasitələri, təlim düşərgələri, 150-yə yaxın gizli sığınacaq, silah-sursat anbarları məhv edilib. Həmçinin 831 avtomat, 1384 tapança , külli miqdarda döyüş sursatı və 2300 mobil telefon aşkarlanıb.