Logo

Qəzada ölməsəydi, bu gün toyu idi - 500 dəvətnamə paylanmışdı - VİDEO - FOTO


İranda qəzaya uğrayan təyyarədə həlak olan 28 yaşlı Mina Başaran ölməsəydi, bu gün nişanlısı Murat Gezer ilə 500 qonağın dəvət edildiyi mərasimdə evlənəcəkdi.

TopXeber.Az Milli.Az-a istinadən xəbər verir ki, Minanın anası Beril Başaran qızının toy günündə məzarına gedib.

BƏƏ-dən subaylığa vida partisindən İstanbula qayıdan məşhur iş adamı Hüseyn Başaranın qızı Mina Başaran 7 rəfiqəsi və 3 ekipaj üzvü ilə təyyarə qəzasında dünyalarını dəyişmişdilər.

Mina Başaranın toy günündə səhər saatlarında qızının məzarını ziyarət edən anası Mina üçün dualar edib.