14.04.2018 16:00
242
Qazaxda güllələnən 26 yaşlı gəlinin səhhəti ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Dünən gecə saatlarında Qazax rayonunda güllələnən qadının vəziyyəti normaldır.
Bu barədə Qazax Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov TopXəbər.Az saytına məlumat verib: “Sağrı nahiyyəsindən yüngül xəsarət alıb. Vəziyyəti normaldır. Qorxulu heçnə yoxdur, tez bir zamanda evə buraxılacaq”.
Qeyd edək ki, dünən gecə saat 3-4 radələrində Qazağın Yuxarı Salahlı kəndində gənc qadın güllələnib. 1992-ci il təvəllüdlü Mehriban Məsimova xəstəxanaya yerləşdirilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
Rayon sakinlərindən əldə etdiyimiz digər məlumata görə, hadisənin təsadüfən baş verdiyi ehtimal olunur.
***14:25
Qazax
rayonunda güllələnmə hadisəsi baş verib.
TopXeber.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Salahlı
kəndində baş verib. Kənddə yaşayan 26 yaşlı Mehriban Məsimova güllə yarası
ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, M. Məsimova 2 il
əvvəl başqa kənddən Yuxarı Salahlıya gəlin köçüb və bir övladı var. Onun gecə
saat 3-4 radələrində münaqişə zəminində ov tüfəngindən açılan atəş nəticəsində
xəsarət aldığı bildirilir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları atəş
açan şəxsin tapılması istiqamətində tədbirlər həyata keçirirlər.29 5 52 11
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.