Logo

Rusiya ABŞ-ın illər əvvəl etdiyi xahişi "ayaqlayır" YENİ QƏRAR


Rusiya Suriyaya və digər ölkələrə  S-300 zenit-raket komplekslərinin tədarükü məsələsinə baxılmasına qayıda bilər.

TopXeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Siahlı Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudskoy deyib.

Onun sözlərinə görə, bir neçə il əvvəl bəzi Qərb tərəfdaşların təkidli xahişini nəzərə alaraq Rusiya Suriyaya  S-300 zenit-raket komplekslərinin tədarükündən imtina edib: “Suriyaya zərbələrin endirilməsini nəzərə alaraq bu məsələyə baxılmasına qayıtmağı mümkün hesab edirik. Bu, digər dövlətlərə də aiddir”.

Məftun Salmanov