14.04.2018 10:00
175
Suriyaya raket zərbələri 50 dəqiqə davam edib
ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi raket zərbələri 50 dəqiqə davam edib.
TopXeber.Az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Dəməşq ətrafındakı Mezze hərbi aerdromu, Kasyun rayonundakı hava hücumundan müdafiə qüvvələrinin bazası, xüsusi təyinatlı qoşunların 41-ci briqadasının və Respublika Qvardiyasının 105-ci briqadasının yerləşdiyi rayonlar raket zərbələrinə məruz qalıb.
ABŞ və onun müttəfiqləri zərbələr endirmək üçün ümumilikdə 9 hədəf seçiblər.
Məftun Salmanov