Logo

Türkiyə ABŞ-ın Suriyaya zərbələr endirməsini DƏSTƏKLƏDİ


Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Fransa və Böyük Britaniyanın Suriyada birgə keçirdiyi əməliyyatı məmnuniyyətlə qarşıladığını bəyan edib.

TopXeber.Az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, nazirlik əməliyyatın vaxtında verilmiş reaksiya olduğunu bildirib.

Qeyd edilir ki, başda BMT-nin Təhlükəsizlik Şurasının üzvləri olmaqla bütün beynəlxalq ictimaiyyət kimyəvi silahdan istifadənin cəzasız qalmamasını təmin edəcək birgə addımlar üzərində uzlaşmalıdır.

Məftun Salmanov