Logo

Tanınmış həkim "OD PÜSKÜRDÜ"


Pediatr-həkim Vaqif Qarayev ana südündə mikrobun olmaması ilə bağlı valideynlərə çağırış edib. 

TopXəbər.Az-ın məlumatına görə, o, bu barədə “facebook” profilində yazıb:

“Doğum evindən iki,üç,dörd gün qabaq evə buraxılıb. Zəng vurub soruşur ki, hansı “smes” yaxşıdır?Amma öz südü var. Kimsə deyib ki, südündə mikrob var, “smes”ver. Ayrıca götürülmüş epizodu yazmıram. Belə zənglər çoxdur, getdikcə lap çoxalır.
"Ana südündə mikrob olmur. Yalandan əkdirməyin südünüzü və uşağınızı qiymətli nemətdən məhrum etməyin.”