Logo

Xamenei: “Amerika, Fransa və Britaniya liderləri cinayətkardır”


İranın ali dini rəhbəri ayətullah Əli Xamenei ABŞ, Fransa və Britaniya liderlərini cinayətkar adlandırıb.

TopXeber.Az xarici mətbuata istinadən bildirir ki, Ə. Xamenei Qərb koalisiyasının Suriya əməliyyatına sərt reaksiya verib. “Suriyaya hücum cinayətdir, Amerika, Fransa prezidentləri və Britaniyanın baş naziri isə canidir”, - deyə o, söyləyib.  

Əli Xamenei bildirib ki, Amerika və onun müttəfiqləri bu cinayətlə hər hansı nəticəyə nail ola bilməyəcəklər.