Logo

​Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin


Bu gün saat 15:20 radələrində paytaxtın Atatürk prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Topxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Facebook sosial şəbəkəsində məlumat yayılıb.

Qəza nəticəsində yaşlı qadın dünyasını dəyişib. 

Hadisə şahidləri bildirirlər ki, qəzadan sonra qadının üzərindən formasını çıxardaraq gizlədiblər ki, onun süpürgəçi olduğu bilinməsin və adi vətəndaş kimi qələmə verilsin.

Xatırladaq ki, bir neçə gün əvvəl də yaşlı süpürgəçi qadın yol qəzasının qurbanı olub.