Logo

“Fənərbağça” “Qalatasaray”ı haqladı - VİDEO


Türkiyə Superliqasının 29-cu turunda bir sıra oyunlar keçirilib.

Turnir cədvəlinin dördüncü sırasında qərarlaşan "Fənərbağça” səfərdə "Sivasspor”la qarşılaşıb. "Fənərbağça” rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Bu qələbədən sonra İstanbul təmsilçisi xallarının sayını 57-yə çatdırıb. "Fənərbağça” çempionatda bir oyun az keçirən "Qalatasaray”la xallarının sayını bərabərləşdirib və turnir cədvəlinin dördüncü pilləsindəki mövqeyini möhkəmləndirib.

29-cu turun ən maraqla gözlənilən qarşılaşması bu gün çempionluğa əsas namizədlərdən olan "Qalatasaray” və "Başakşəhər” klubları arasında keçiriləcək.

Hazırda hesabında 59 xal olan "Beşiktaş” turnir cədvəlində birinci pilləni tutur. Eyni xala malik olan "Başakşehir” ikinci yerdə qərarlaşıb. "Qalatasaray” və "Fənərbağça” 57 xalla üçüncü və dördüncü yerləri bölüşürlər.