Logo

Rusiyanın ən gözəl qızı seçildi – FOTO


“Miss Rusiya”nın yeni gözəli 18 yaşlı Yuliya Polyackina təyin edilib.

Topxeber.az Oxu.Az-a istinadla xəbər verir ki, qalib qız ağ qızıl, brilliyant, yaqut və mirvarilərlə dolu tac almaqla yanaşı, üç miyon rus rublu və “Hyundai Solaris” avtomobilinə də sahib olub.

Həmçinin Yuliya Rusiyanı “Dünya gözəli” və “Kainat gözəli” müsabiqələrində də təmsil edəcək.

Yuliya məktəbi qızıl medalla bitirib. Hazırda jurnalist olmaq üçün ali məktəbə hazırlaşır.

Həmçinin o, səkkiz il fitnes-aerobika ilə məşğul olub.