Logo

Sabah hava belə olacaq - Proqnoz açıqlandı


Bakıda və Abşeron yarımadasında aprelin 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Topxeber.az-a verilən məlumata görə, havanın temperaturu gecə 6-8, gündüz 12-16 dərəcə isti olacaq.