Logo

8-ci kilometrdə piyadanı maşın vurdu


Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Topxeber.az-ın  Report-a isinadən verdiyi  xəbərinə görə, 8-ci kilometr ərazisində, keçmiş "Maşın bazarı" yaxınlığında naməlum avtomobil təqribən 40-45 yaşlı Əkbər adlı şəxsi vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.