Logo

Anarın vəziyyəti pisləşdi: “Xəstəxanaya güclə çatdırdım” - Qardaşından AÇIQLAMA


Reper Anar Nağılbaz xəstəxanaya yerləşdirilib.

TopXeber.az xəbər verir ki, qardaşı Yenicag.az-a açıqlamasında Anarın halının qəfilətən pisləşdiyini bildirib:

“Qardaşımın halı qəfildən pisləşdi, maşınımla onu xəstəxanaya güclə çatdırdım. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir. Hazırda sistem altındadır, ürəyində ciddi problemlər var”.

Qeyd edək ki, son vaxtlar Anar Nağılbaz keçmiş həyat yoldaşı ilə problemlər yaşayır.