Logo

Bakı yolları necə yuyulur?-RƏSMİ


Qardan sonra yolların təmizlənmə prosesinin demək olar ki, hamı şahidi olub. Yollara qum-duz səpilir və xüsusi texnika vasitəsiylə buz bağlanmış yolların təmizlənməsi həyata keçirilir. Bəs adi günlərdə yollar necə təmizlənir? 

Qeyd edək ki, dünyada küçələrin şampunla təmizlənməsi kimi bir praktika var. Məsələn, bu yaxınlarda rus mətbuatında Moskva yollarının yuyulması üçün şampundan istifadə edilməsi barəsində xəbər yayıldı. Məlumata görə, aprel ayı ərzində Moskva küçələri 4 dəfə şampunla yuyulacaq. 

Maraqlıdır ki, Bakı yollarında rastlaşdığımız xoşagəlməz ləkələrin aradan qaldırılması üçün hansı təmizləyici vasitələrdən istifadə edilir?

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli TopXeber.Az-a açıqlamasında bildirib ki, yolların təmizlənməsi, süpürülməsi, yuyulması ilə məşğul olan xüsusi texnikalar var: Yolların yuyulması üçün suyun içinə  xüsusi qatqılar qatılır. Hətta tunellərin divarları, körpülərin çəpərləri yüksək təzyiqli su ilə təmizlənir”. Qurum rəsmisi yollarda təsadüf edilən xoşagəlməz ləkələrin necə təmizlənməsinə də aydınlıq gətirib: “Böyük bir əraziyə benzin tökülərsə, əvvəlcə onun üzərinə qum səpilir ki, sürüşkənlik  aradan qalxsın. Sonra yüksək təzyiqli su ilə yuyulur. Həmin yeri adi şampunla təmizləmək müşkül məsələdir”
Nihadə Eyyubova