Logo

İlham Əliyev: "Mən Nursultan Nazarbayevə çox böyük hörmət bəsləyirəm" — (VİDEO)


“Mənə Nursultan Nazarbayevlə ünsiyyətdə olmaq həmişə çox xoşdur, mən ona çox böyük hörmət bəsləyirəm. O, bizim ağsaqqalımızdır”.

TopXeber.Az AzVision-a istinadən  xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayev barədə bu ölkənin Dövlət Televiziyasının çəkdiyi sənədli film üçün verdiyi müsahibədə deyib.
Dövlət başçısı bildirib: “Əlbəttə, onun atamla görüşlərini və söhbətlərini yaxşı xatırlayıram. Onları çox yaxın dostluq münasibətləri bağlayırdı. Əsassı qoyulan bu ənənə şadam ki, indi də davam edir. İnsani planda da Nursultan Abışeviçlə ünsiyyətdə olmaq çox xoşdur. Bakıda baş tutan sonuncu görüşümüzdə də, rəsmi mərasimlərdə və qeyri-rəsmi dostyana şam yeməyində də biz bir ailənin üzvləri kimi oturmuşduq”.