Logo

İrəvanda vəziyyət kəskin gərginləşdi: toqquşmalar başladı - FOTO/VİDEO


İrəvanın Baqramyan prospektində gərgin vəziyyət hökm sürür.

TopXeber.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyan tikanlı məftili keçdikdən sonra digər nümayişçilər onun ardınca gediblər.

Bir neçə min etrazçı polis kordonunu keçərək parlamentin binasına zorla daxil olmağa çalışıb.  Bundan sonra polis əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər. İrəvanın mərkəzində vəziyyət kəskin şəkildə gərginləşib. 

Qeyd edək ki, nümayişçilər Serj Sarkisyanın baş nazir seçilməsinin əleyinə çıxış edirlər.



Məftun Salmanov