Logo

İrəvanda aksiyalar səngimir... Etirazçılar ali məktəb binasına hücum ediblər


İrəvanda Ermənistan parlamentinin deputatı, müxalif “Yelk” partiyasının sədri Nikol Paşinyanın başçılıq etdiyi nümayişçilər Abovyan adına Ermənistan Dövlət Pedaqoji Universitetinin binasına zorla daxil olublar.

TopXeber.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar “qoşulun”, “tətil, “addım at, Serji rədd et” şüarları səsləndirirlər.

N. Paşinyan bildirib: “Biz tətilə çağırırıq”. Nümayişçilər bundan sonra ali məktəbin mərtəbələrindən keçiblər. Qeyd edək ki, etirazçılar keçmiş prezident Ser Sarkisyanın namizədliyinin baş nazir postuna irəli sürülməsinin əleyhinə çıxış edirlər.

Məftun Salmanov