Logo

İrəvanda qan axıdıldı: etirazçıların başçısı yaralandı


İrəvanda etirazçılara rəhbərlik edən deputat Nikol Paşinyan polislə toqquşmada üz nahiyəsindən travma alıb.

TopXeber.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onu “Nairi” tibb mərkəzinə çatdırıblar. Hazırda deputat  xəstəxanadadır.

Bildirilir ki, N. Paşinyan qəlpə yarası alıb. Həmin xəstənaya üç polis əməkdaşı da çatdırılıb. Etirazçılar arasında da yaralananların olduğu bildirilir. Qeyd edək ki, nümayişçilər Serj Sarkisyanın baş nazir seçilməsinin əleyinə çıxış edirlər.

Məftun Salmanov