Logo

Rusiya İrəvandakı vətəndaşlarına səsləndi: uzaq durun


Rusiya Xarici İşlər Nazirliyi Yerevanda olan rusiyalılara Ermənistan paytaxtındakı nümayişlərə görə insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa çağırıb.

TopXeber.Az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, nazirlikdən bildiriblər ki, müxaliflərin Yerevanda keçirdiyi etiraz aksiyalarında nümayişçilər bir neçə mərkəzi küçəni bağlayıblar: “İnsanların qələbəlik olduğu yerlərdən uzaq durmaq tövsiyə edilir”.

Qeyd edək ki, Serj Sarkisyanın Baş nazir olmasına etiraz edən nümayişçilər deputat Nikol Paşinyanın rəhbərliyi altında paytaxt İrəvanın əsas küçələrini bağlayıblar. Etirazçılarla polis arasında toqquşmalar baş verib. N. Paşinyan yaralanıb.

Məftun Salmanov