Logo

“Taliban” hərəkatı Əfqanıstan prezidentinin seçkilərdə iştirak təklifini rədd edib


“Taliban” hərəkatı Əfqanıstan Prezidenti Əşrəf Qaninin bu il ölkədə keçiriləcək parlament və yerli seçkilərdə iştirak təklifini qəbul etməyib.

TopXeber.Az xarici mətbuata istinadla xəbər verir ki, seçkilərin saxta və qurama olduğunu deyən taliblər Əfqanıstanda yalnız ABŞ-ın təsdiq etdiyi qüvvələrin hakimiyyətə gələ biləcəyini bildiriblər.

Hərəkat, həmçinin ölkə əhalisini seçkilərdə iştirak etməməyə çağırıb. Bununla yanaşı, “Taliban” hərəkatının əsas məqsədinin xarici qüvvələrə qarşı mübarizə aparmaq olduğu vurğulanıb.

Qeyd edək ki, aprelin 14-də Əşrəf Qani “Taliban” hərəkatına siyasi qüvvə kimi sülh prosesinə qayıtmaq və seçkilərdə iştirak etmək barədə təklif ünvanlamışdı.

Əfqanıstanda parlamentə və dairə şuralarına seçkilər 2018-ci ilin oktyabr ayına planlaşdırılır.